EN

Fərid Abbasov: “Liviya millisini rəqibi zəif hesab etmirdik”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Fərid Abbasov ötən gün Liviya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz ötən gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Liviya yığması ilə qarşılaşmış oyunda millimiz 5:4 hesabı ilə qalib gəlib.

Bu oyunda Fərid Abbasov het-trik etməklə diqqət mərkəzinə düşüb. Gənc futzalçı matçla bağlı fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

“Hər birimiz meydanda əla mübarizə apardıq. Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandamızda həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Amma daha çox milli komandanın düşərgəsində az olmağımızla əlaqələndirərdim.

Het-trik etdim. Millidə ilk belə göstəricimdir. Qol vurmaq vacibdir, əsas olan komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdır. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısı olmasını istəyirdik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
54
arena.az

1Sources