EN

QMİ: "Vətən müharibəsində də tolerantlığımızı təsdiqlədik"

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O vurğulayıb ki, dövlətimiz hər bir dini icmanın nümayəndələrinin azad yaşamasına şərait yaradıb, onlara ehtiramla yanaşıb.

"Tolerantlıq bəzən "məcburi dözümlülük" kimi səslənir, ancaq bizim cəmiyyətimiz dözümlülük göstərmir, səmimi-qəlbdən hörmət bəsləyir. Bu məqam 44 günlük Vətən müharibəsində də özünü doğrultdu. Bütün dinlərin nümayəndələri Azərbaycan bayrağı və torpağı naminə döyüşdü, yaralandı, yaxud şəhid oldu",- sədr müavini bildirib.

Salman Musayevin sözlərinə görə, bir-birimizə hörmət və ehtiram şəraitində yaşamağımız qürur mənbəyimizdir.

AzVision.az
Chosen
79
2
azvision.az

3Sources