EN

Sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları artıb

Sosial,

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.

Reyting.az
xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650 milyon manat təşkil edib.(Report)
Chosen
4
8
reyting.az

10Sources