EN

Türk ordusunun parad heyəti Azərbaycana gəlib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Etibarlı mənbədən News365.az-a verilən məlumata görə, paradda iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin heyəti artıq Azərbaycana gəlib.

Qardaş ölkə hərbçiləri bu gün Azadlıq meydanında keçirilən təlim-məşq prosesində də iştirak ediblər.

Qeyd edək ki, eyni zamanda Pakistan İslam Respublikası ordusunun bir qrup şəxsi heyəti də Zəfər paradında iştirak etmək üçün ölkəmizdədir.

Chosen
36
1
news365.az

2Sources