EN

Moskva: “Putin-Tramp görüşü üçün əsas yoxdur”

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov keçirdiyi brifinqdə belə deyib.

“Yüksək səviyyəli istənilən görüş hərtərəfli hazırlıq və bütün amillərin diqqətlə işlənib hazırlanmasını tələb edir. Bu günə olan məlumata görə, bu görüşün təşkili üçün nə birinci, nə də ikinci şərt yerinə yetirilib”,- Ryabkov bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin xarici siyasətqurumları ölkələr arasında təmasların məzmunlu aspekti üzərində fəal şəkildə işləyirlər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinlə Tramp arasında görüş tez təşkil oluna bilər, lakin“buna zərurət yoxdur”.

Sahil İsgəndərov
AzVision.az
Chosen
66
2
azvision.az

3Sources