EN

Bu rayonlarda tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Masallı, Xaçmaz, Salyan və Lənkəran, rayonlarının inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.


Ekologiya.az bildirri ki, faktlarla bağlı müvafiq olaraq Masallı rayonu Çaxırlı kəndi ərazisində fəaliyyət göstərən "Möcüzə Saray" şadlıq sarayının sahibi Gülnarə Quliyeva, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən “Kristal” ticarət mərkəzinin sahibi Namik Eldarov, "Həyat İnşaat" mağazasının  sahibi Səyyad Kərimov və Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Sübhan Xəlilov barəsində vəzifəli şəxs qismində, Lənkəran rayonu Osaküçə kənd sakini Elməddin Fərəcli barəsində isə fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və  inzibati məsuliyyətə cəlb ediliblər
Chosen
89
ekologiya.az

1Sources