EN

Ürəyinə stent qoyulan Abacının vəziyyətipisləşdi

Ötən həftə infarkt keçirən türkiyəli müğənni Muazzez Abacının vəziyyəti pisləşib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 77 yaşlı sənətçinin meneceri Taner Budak açıqlama yayıb.

O bildirib ki, sənətçi ötən həftə ürək problemi səbəbindən angioqrafiya (anju) olunub: “Bildiyiniz kimi, ürəyinə stent qoyulub. Onun müalicəsi palata şəraitində davam edirdi. Lakin aparılan müayinələr zamanı anju olunanda verilən kontrastlı mayenin böyrəklərində problem yaratdığı aşkar olunub. Böyrəklər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmədiyi üçün də ağciyərlərində maye toplanıb. Bu səbəbdən Abacının nəfəs almasında çətinlik yaranıb. Hazırda reanimasiyadadır”.

Chosen
38
3
redaktor.az

4Sources