EN

Şoyqu Cənubi Qafqazla bağlı mesaj verdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Qafqazdakı vəziyyət daim diqqət tələb edir.

Modern.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Şoyqu bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bildirib.

"Bizim üçün saatlarımızı sinxronlaşdırmaq vacibdir. Son hadisələrlə, regionda - bütövlükdə Qafqazda, Cənubi Qafqazda baş verən müxtəlif inkişaflarla bağlı hər şey daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir".

Qriqoryan regiondakı vəziyyətlə bağlı detalları bölüşməyə hazır olduğunu bildirib və görüşmək imkanına görə ona təşəkkür edib.

Bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü keçirilir. Görüş çərçivəsində Şoyqu bir neçə ayrı-ayrı ikitərəfli görüşlər, o cümlədən Azərbaycandan olan həmkarı ilə görüşəcək.

Chosen
38
6
modern.az

9Sources