EN

“Sahil”dəki yeraltı keçiddə eskalatorlar aylardır işləmir

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bakıda metronun “Sahil” stansiyasının yaxınlığında, Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində yerləşən yeraltı keçidin eskalatorları işləmir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, artıq 6 aydan çoxdur ki, sözügedən eskalatorlar fəaliyyətini dayandırıb. Formula 1-ə qədər onların təmir ediləcəyi ehtimal olunsa da, hələ də işləmir.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, eskalatorlar qısa müddət ərzində bərpa olunacaq: “Həmin eskalatorların ehtiyat hissələrinə ehtiyac var idi. Xaricdən gətirilməsi üçün sifariş verilib. Qısa zamanda həmin hissələr gətiriləcək və fəaliyyəti bərpa olunacaq”.

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
2
qafqazinfo.az

3Sources