EN

Akademik Roin Metreveli: Biz AMEA da milli ruhu ifadə edən emosiyalara dərin bağlılıq görürük

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 noyabr, AZƏRTAC

AMEA-nın 80 illik yubileyi, şübhəsiz ki, ölkənizin və Elmlər Akademiyanızın zəngin tarixi yaddaşını canlandıran əlamətdar tarixdir. Dünyanın digər ölkələri bu yubileyi yalnız sizin milli keçmişiniz kimi qəbul etsələr də, Gürcüstan bu baxımdan istisna təşkil edir, çünki dövlətlərimiz arasında ortaq keçmişə dair çoxsaylı nümunələr mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin ikinci sessiyasında çıxışı zamanı deyib.

“Biz AMEA-da milli ruhu ifadə edən emosiyalara dərin bir bağlılıq görürük və bu, hər iki xalq qarşısında bizə eyni dərəcədə məsuliyyət hissi aşılayır. Elmlər Akademiyalarımız əməkdaşlıq haqqında imzalanmış memorandum əsasında birgə bir çox layihə və tədqiqatları planlaşdıra, həyata keçirə bilər. Birgə keçiriləcək konfrans və simpoziumlarda ölkələrimiz üçün faydalı olacaq elmi məsələlərdə ortaq razılığa gələ bilərik”, - deyə akademik Roin Metreveli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
azertag.az

2Sources