EN

Xocalı qatili oğlunu hakimiyyətə gətirmək istəyir

Hurriyyet.az xəbər verir ki, "Hraparak" nəşrinin yazdığına görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkiləri zamanı"Hayastan" blokunun siyahısında  oğlu, millət vəkili Levon Köçəryanın  namizədliyini birinci sırada irəli sürmək niyyətindədir.

Qəzetin məlumatına görə, Levon Köçəryan fəal şəkildə bölgələrə səyahət edir və vətəndaşlarla görüşür. Keçmiş prezidentin komandası hesab edir ki, 2021-ci il seçkilərinin nəticələrini təkrarlamaq çətin olacaq, ona görə də Köçəryanlardan yalnız biri siyahıda ilk onluğa daxil olacaq.

Hürr Tərcüman

 

Chosen
7
1
hurriyyet.az

2Sources