EN

Yepiskop: "Festival Azərbaycanın tolerantlığının bariz nümunəsidir"

Bu sözləri Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, yepiskop Aleksiy Smirnov Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O söyləyib ki, dünyada bu məsələləri özündə nümayiş etdirən belə tədbirləri həyata keçirməyə qadir ölkələr azdır.

"Hər bir dini icmanın təmsil olunduğu, ölkənin etnik və dini müxtəlifliyini özündə əks etdirən bu cür unikal festival məhz Azərbaycanın tolerantlığının bariz nümunəsidir. Yeparxiyanın adından belə bir festivalın təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Azərbaycanın pravoslavları ölkəmizdə sülhün, rifahın həmişə yaşaması naminə dua edirik",- yepiskop bildirib.

AzVision.az
Chosen
43
1
azvision.az

2Sources