EN

Avtomobillərin utilizasiyası ilə bağlı yeni təklif

Metbuat saytına istinadən ain.az xəbər verir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bəs bu, avtomobillərin satış qiymətinə necə təsir edəcək?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, bu halda avtomobillərin qiyməti artacaq.

Ekspert həmçinin utilizasiya qiymətlərində də dəyişikliklərin ola biləcəyini söyləyib:

“Təklif etmişik ki, utilizasiyaya avtomobilini verən vətəndaş üçün nəzərdə tutulan vauçer məbləğləri artırılsın”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
metbuat.az

2Sources