EN

Ramanada restoran yanır

Bakıda restoranda yanğın başlayıb. SİA xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. FHN-nin Mətbuat xidmətindən bildirilib ki, 112 qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə DYMX-nin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Chosen
15
8
sia.az

10Sources