EN

Maşının yan güzgülərindəki qara zolaq nə işə yarayır? - ARAŞDIRMA

Avtomobillərin yan güzgülərindəki qara zolaqların əsl funksiyası məlum olub. Bir çox sürücülər bu detalı sadəcə bəzək elementi hesab etsələr də, əslində o, yol təhlükəsizliyi baxımından mühüm rol oynayır.

Avtosfer.az xəbər verir ki, bu zolaq sürücülərin kor nöqtələri daha asan görməsinə və qəza riskinin azalmasına kömək edir. Mütəxəssislərin sözlərinə görə, müasir avtomobillərdə istifadə olunan asferik güzgülər düz və qabarıq səthlərin birləşməsindən ibarətdir. Güzgüdəki qara xəttlər bu iki səthi bir-birindən ayırır və görüntü bucaqlarını tənzimləyir.

Yəni qara zolaq nə dekorativ, nə də istilik sistemi üçündür. O, güzgüdə iki fərqli baxış bucağını ayıran funksional sərhəddir. Bu sayədə sürücülər həm yaxın, həm də uzaqda hərəkət edən avtomobilləri daha aydın görə bilir və zolaq dəyişərkən toqquşma riski azalır.

Eltac Zülfüqaroğlu

Chosen
101
1
avtosfer.az

2Sources