EN

Məktəblilərin görüntülərini istəyənlər və yayanlar bu cəzanı alacaq AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Məsələ uşaq pornografiyasının dövriyyəsi ilə bağlıdır və bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Həmin maddəyə əsasən, uşaq pornografiyasını yaymaq, reklam etmək, satmaq, başqasına vermək, göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, eləcə də onu hazırlamaq, əldə etmək və saxlamaq 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, bu əməllər təkrar törədilərsə, külli miqdarda gəlir əldə etmək məqsədilə həyata keçirilərsə, yaxud qabaqcadan əlbir olan bir qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, bu, artıq ağırlaşdırıcı hal sayılır:"Bu halda, cəza daha sərt olur.

Xüsusilə 14 yaşına çatmayan şəxslərlə bağlı hallar isə daha ağır qiymətləndirilir və bu zaman cinayət törədən şəxs 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Qanunvericilikdə uşaq pornografiyasının tərifi də açıq şəkildə göstərilib. Burada söhbət yetkinlik yaşına çatmayan şəxsin və ya onun təsəvvürünü yaradan şəxsin açıq seksual xarakterli hərəkətlərdə, real və ya simulyasiya edilmiş formada iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə həmin şəxsin cinsi orqanlarını göstərən hər hansı material və ya təsvirlərdən gedir.Yəni, sadə dildə desək, yetkinlik yaşına çatmayan şəxsi açıq şəkildə seksual kontekstdə göstərən istənilən şəkil, video, təsvir və ya digər material uşaq pornografiyası sayılır. Bu, qanunla ağır cinayət hesab olunur və ciddi cəza nəzərdə tutulur".Qeyd edək ki, bir neçə gün öncə məktəbli yaşda uşaqların pornoqrafik videoları yayılıb. Sosial şəbəkələrdə həmin videonu yaymaq istəyən şəxslər tənqidə məruz qalıblar.Əfsanə Kamal

Demomrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources