EN

Alaq otu sayılır... Çoxu zərər olan güləvər bitkisi hansı xəstəliklərin müalicəsində istifadə olunur? Video

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Güləvər astraçiçəklilər fəsiləsinə aid bir bitki növüdür. Demək olar ki, Azərbaycanın bütün rayonlarında bu bitki ilə qarşılaşmaq mümkündür.

Əslində güləvər alaq otu sayı sayılır. Daha çox əkin sahələrində, zəmilərdə, bostanlarda və zibilliklərdə bitir.

Xalq təbabətinə görə, güləvər bitkisi uşaqsalmaya şərait yaradır. Amma bunu özbaşına etmək olmaz. Çünki həddən artıq güləvər qəbulu başa zərər verə bilər.

Bəzi mənbələrə görə, güləvər kökünün çayı astma və öskürəkli xəstəliklərə fayda verir. Güləvər çayı acı olduğu üçün onu balla tövsiyyə edirlər.

Eyni zamanda güləvər şirəsi göz iltihabı və müxtəlif şişlər üçün faydalı ola bilər.

Güləvər çayının bağırsaq qurdlarını öldürdüyü də iddia edilir. Güləvər acı olduğu üçün spazmatik ağrıları azaltdığı iddia edilir.

Güləvər adlı bu bitkinin yüzlərlə növü olduğu üçün heç kim ondan istifadəyə özü qərar verməməlidir. Güləvərin əks təsirləri də mövcuddur. Güləvərdən doza aşımı ürək ritminin pozulmasına və təzyiqin qalxmasına səbəb ola bilər.

Ümumiyyətlə, bitkilərdən müalicə üsulu kimi istifadə etmək istədiyiniz zaman mütləq fitoterapevtlə məsləhətləşməyi unutmayın. Əks halda sağlamlıq axtarışında həyatınızdan ola bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources