EN

“PASHA Bank Türkiye”nin maliyyə vəziyyəti açıqlandı

“PASHA Holding” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası” (“PASHA Bank Türkiye”) bu ilin ilk üç rübündə 443.2 milyon Türk lirəsi xalis mənfəətlə başa vurub. Halbuki, 2024-cü ilin analoji dövründəki xalis mənfəət 462.9 milyon lirə idi.

Banker.az xəbər verir ki, törəmə bankın rüblük audit edilmiş fərdi hesabatında qeyd edilir.

Azərbaycan manatı ilə götürdükdə, bank 2024-cü ildəki xalis mənfəəti 23 mln. manat ekvivalentində olduğu halda, cari ilin eyni dövründə 18.1 mln. manat ekvivalentində xalis mənfəət əldə edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 1 manat (AZN/TRY cütlüyü) 2024-cü ilin 1 oktyabrında 20.1 lirə olduğu halda, bu ilin müvafiq dövrünə 24.5 lirə nisbətinə qədər yüksəlib.

Bu il oktyabrın 1-nə “PASHA Bank Türkiye”nın aktivləri illik müqayisədə 29.7 faiz artaraq 14 milyard 227.5 milyon lirəyə çatıb. Bunun 6 milyard 699.3 milyon lirəsi müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33.3 faiz böyüyüb. İlk üç rübün sonuna bankın öhdəlikləri 29.8 faiz artaraq 12 milyard 32.4 milyon lirə, cəmi kapitalı isə 29.3 faiz artaraq 2 milyard 195.1 milyon lirə olub.

Xatırladaq ki, “PASHA Yatırım Bankası” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir. Bankın səhmlərinin 71.7%-i “PASHA Holdinq” MMC-yə, 28.2%-i “PASHA Bank”a, 0.04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

Chosen
28
banker.az

1Sources