EN

Bu ərazidə dayanacaq yox, hamilə qadınlar, qocalar su içində FOTOLAR

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın 20 Yanvar metrosu yaxınlığından Sumqayıt, Xırdalan, Masazır istiqamətlərinə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Lakin, həmin ərazidə yağışlı havalarda vətəndaşların yağışdan qorunması üçün heç bir dayanacaq mövcud deyil.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar bildirirlər ki, xüsusilə güclü yağışlı günlərdə yaşlı insanlar, hamilə qadınlar və uşaqlar çətin vəziyyətdə qalır. Yağışdan qorunmaq üçün heç bir şəraitin yaradılmaması məsul qurumların biganəliyi kimi qiymətləndirilir.

Narazı sakinlər hesab edirlər ki, bu məsələ ilə məşğul olmalı olan nəqliyyat infrastrukturuna cavabdeh qurumların rəhbərləri özləri həmin əraziyə gətirilib, bu şəraiti yerindəcə görməlidirlər.

Sakinlər televiziya və media nümayəndələrinə müraciət edərək problemin ictimailəşdirilməsini və aidiyyəti orqanların təcili tədbir görməsini istəyiblər.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
tribunainfo.az

2Sources