ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bakıda tolerantlıq və rəngarənglik mövzusunda "Fərqliliyin rəngi" adlı festivalın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, bu festival təkcə paytaxtda deyil, Azərbaycanın digər bölgələrində də keçirilməlidir”.
525.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib. B.Muradova qeyd edib ki, ölkəmizə müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər. Bu olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı:
“Azərbaycanın tolerantlığı, multikultural dəyərləri və bu dəyərlərin içərisində bir-birindən fərqlənmək bacarığı dünyaya nümunədir”.
Sevinc QARAYEVA
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.