EN

Elektromobillər daha tez dəyər itirir TƏDQİQAT

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Daxiliyanma mühərrikli avtomobillər 3 il ərzində maksimum 39 faiz dəyər itirdiyi halda, elektromobillərdə bu göstərici 50 faizi ötür.

Avtosfer.az xəbər verir ki,  bu nəticəyə Britaniya və Koreya universitetlərinin əməkdaşları birgə tədqiqat nəticəsində gəliblər. ABŞ-də isə ucuzlaşma daha ciddidir. Elektromobillər bu ölkədə 3 il ərzində 60 faizdən çox dəyər itirir.

Elektromobillərin sürətlə ucuzlaşması taksi və avtomobil icarəsi ilə məşğul olan şirkətlərə daha çox zərər vurur. 2 il işlənmiş maşınları bazara çıxardıqda müştəri tapılmır. Məsələn, Hindistanda bir şirkətin işlənmiş 5000 ədəd elektromobilinə müştəri tapılmır.

Fiziki şəxsləri elektromobilin batareyasının vəziyyəti narahat etdiyi halda, şirkətləri aldıqları texnikanı təkrarən sata bilmək maraqlandırır.

Tanınmış markaların elektromobilləri çox ciddi dəyər itirməsə də, Çin modelləri çox sürətlə ucuzlaşır. Bazarda ən az qalıq dəyəri olan modellər BYD, “Nio” və “Xpeng”dir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
avtosfer.az

1Sources