EN

"Birbank"ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

Bakı. Trend:

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı vətexnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yenidövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. Belə kiBakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıqvətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən bankaməxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyəbilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütünbank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün dətəmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”,“Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və“m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərəseçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdannağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin ilsonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə dahaöncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanıyaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqindəyaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisindəmetro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarınıfiziki kart olmadan asanlıqla ödəyə bilirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edənKapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktivistifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarətAzərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərininxidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı KapitalBank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraqfəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 ƏlaqəMərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz.

Chosen
9
22
az.trend.az

10Sources