EN

Elektromobillərlə bağlı qərar bazara necə təsir edəcək? Ekspert

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Gələn ildən Azərbaycana idxal edilən avtomobillər vergiyə cəlb olunacaq. Bu barədə Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib. 

Sədr bildirib ki, bildirib ki, elektromobillər ƏDV-yə cəlb ediləcək: "2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək".

Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, elektromobillərlə bağlı büdcə müzakirələrində belə bir fikir ortaya çıxmışdı. Çünki, idxal zamanı elektromobillərin əlavə dəyər vergisindən azad olunacağı deyilirdi:

"Amma yeni açıqlamadan məlum olur ki, elektromobillər gömrükdə əlavə dəyər vergisinə cəlb olunacaq. Bu da elektromobillərə tam məhdudiyyət qoymur, amma güzəştlər də ləğv edilmir. Elektomobillərə tətbiq olunan güzəştlərin bir qismi qalacaq. Burada əsas məqsəd odur ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində stimullaşdırılması proqramı davam etsin".

Eldəniz Cəfərov hesab edir ki, Azərbaycanda  elektromobilə maraq böyük olsa da, populyar deyil:

"Çünki enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Olanların da bəzilərində heç enerji verilmir. Ona görə də elektromobillərlə bağlı verilən qərar Azərbaycanın avtomobil bazarına o qədər təsir etməyəcək. Amma köhnə avtomobillərlə bağlı aksiz dərəcələrin yüksəldilməsi ölkə daxilində olan nəqliyyat vasitələrinin qiymətinin bir qədər yüksəlməsinə gətirib çıxardacaq".

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
qaynarinfo.az

2Sources