EN

Yaponiyanın yeni Baş naziri Zelenski ilə ilk telefon danışığını aparıb

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, Takaiçi ilə Zelenski arasında 21 oktyabrda Yaponiya hökumətinin başçısı vəzifəsinə başlamasından bəri ilk danışığıdır.

Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, onların söhbəti təxminən 30 dəqiqə davam edib. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Takaiçi Yaponiyanın Ukraynanın yanında olacağın bildirib.

Takaiçi həmçinin ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş Ukraynaya qətiyyətli dəstəyini davam etdirəcəyinə söz verib. 

Chosen
20
ucnoqta.az

1Sources