EN

Azərbaycanlı jurnalistlər Xivədə Prezident məktəbinin və Mamun Xorazm Akademiyasının fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanlı media nümayəndələrinin Özbəkistana səfəri çərçivəsində jurnalistlər Xivə şəhərində fəaliyyət göstərən Prezident məktəbini və Mamun Xorazm Akademiyasını
ziyarət ediblər.

APA-nın Xivəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, jurnalistlərə istedadlı uşaqlar üçün nəzərdə tutulan Prezident məktəbinin tədris sistemi, təhsil proqramları, innovativ tədris üsulları və şagirdlərin inkişafı üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Prezident məktəbi Özbəkistanda istedadlı uşaqların aşkara çıxarılması və onların elmi, texnoloji və yaradıcılıq potensialının inkişafı məqsədilə 2019-cu ildə yaradılıb.

Azərbaycanlı media nümayəndələri sinif otaqları, laboratoriyalar, robototexnika və STEAM tədris mərkəzlərinə baxış keçiriblər, şagirdlərin hazırladıqları layihələrlə tanış olublar.

Media nümayəndələri həmçinin Mamun Xorazm Akademiyasında elmi-tədqiqat ocağının tarixi, fəaliyyəti və tədris proqramları ilə tanış olublar. Akademiyanın rəhbərliyi jurnalistlərə təhsil sahəsində aparılan layihələr, elmi-tədqiqat işləri və tələbələrin inkişaf imkanları barədə ətraflı məlumat verib.

Qeyd edək ki, səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində həyata keçirilir.

Səfərin məqsədi iki ölkə arasında təhsil sahəsində təcrübə mübadiləsini gücləndirmək və Özbəkistanın müasir təhsil modelini və tədqiqat institutlarinın işini Azərbaycan ictimaiyyətinə təqdim etmək olub.

Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı
Chosen
14
3
apa.az

4Sources