EN

Qələbəyə gedən yol

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və “Çinar Yayımları” nəşriyyatının dəstəyi ilə “Qələbəyə gedən yol” adlı tədbir keçirilib. T’dbir Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin gənc rəssamlarının rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirin bədii hissəsində Mərkəzin istedadlı uşaqlarının ifasında tarixi Zəfərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub və rəqslər nümayiş etdirilib.

Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin, digər idarə və təşkilatların nümayəndələri, şəhid ailələri və qazilər tədbirin qonaqları sırasında olublar.

Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü yüksək səviyyədə qeyd etmək, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, onlarda doğma vətənə, torpağa məhəbbət hissini artırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
azertag.az

2Sources