EN

Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Rusiya buğdasının Azərbaycan ərazisi ilə Gürcüstana, oradan da Ermənistana idxalı tarixi faktdır".

Moderator.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Ruben Rubinyan brifinqdə bəyan edib.

"Sülh Rusiya buğdasının dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana idxal olunması deməkdir. Bax sülh elə bu deməkdir. Bu, mübaliğəsiz, tarixi hadisədir. Sonuncu dəfə belə hadisə 1991-1992-ci illərdə olub", - deyə Rubinyan qeyd edib.

Daha əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyadan Ermənistana taxıl daşıyan qatar hazırda Azərbaycan ərazisindən Gürcüstana doğru hərəkət edir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında bəyan edib ki, Azərbaycan Ermənistana yük tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
moderator.az

2Sources