EN

Kim Çen Inın nəbzi İZLƏNİLİR – Cənubi Koreya kəşfiyyatından AÇIQLAMA

Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın nəbzini ölçüb. Şimali Koreya liderinin səhhətində ciddi problem aşkarlanmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın nəbzini müəyyən etdiyini açıqlayıb. Onun nəbzinin dəqiqədə 80 vurğu olduğu bildirilib.

Məlumata görə, Kim Çen In xroniki xəstəliklərdən və yüksək qan təzyiqi riskindən əziyyət çəksə də, hazırda ciddi sağlamlıq problemi müşahidə olunmur.

Agentlik qeyd edib ki, vəziyyət izlənməkdə davam edir.

Xuraman Etibarlı
İnterpress.az

Chosen
26
interpress.az

1Sources