Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun efirdə rəqs etməsi qınaqla qarşılanıb.
Anasını həbsdə ola-ola efirdə bu cür hərəkətlər etdiyi üçün "söyülən" müğənninin ünvanına bu şərhlər yazılıb: “Ana getdi, indi bala zəhləmizi tökəcək”, “Anası gün sayır, buna bax”, “Anası həbsdə, bu isə rəqs edir, nə abır var, nə həya”.