EN

Azərbaycanda donor gözləyənlərin sayı açıqlandı

“Hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur”. 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında canlı yayım zamanı deyib.

O qeyd edib ki, hazırda 4642 dializdə olan xəstə var. Dövlət tərəfindən həmin şəxslərin hər birinə bir ilə 15 min manata yaxın pul ayrılır. Onların 90 faizinin transplantasiyaya ehtiyacı var: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.

Y.Abbasova həmçinin əlavə edib ki, donor olmaq istəyənlərin də sayında artım var. Bildirilib ki, xüsusən bir müddət əvvəl meyitdən donor köçürülməsindən sonra müraciətlər çoxalıb. 

"Cebheinfo.az"

Chosen
66
cebheinfo.az

1Sources