EN

Misir Mərdanov yenidən nazir olmaq istəyir? -  AÇIQLAMA

Mətbuatda sabiq təhsil naziri, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanovla bağlı iddialar yayılıb.

İddialara görə, guya o, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inanır və professor nazir postuna özünü ən real namizəd sayır.

Modern.az iddialara aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb. Sezar pizza

Sabiq nazir saytımıza açıqlamasında bildirib ki, nazir postuna qayıtmaq arzusunda deyil:

"Mənə elə gəlir ki, bu iddialar böhtan xarakterlidir. Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram. Yenə deyirəm, bu iddialar böhtandır və camaatın başını qatmaq məqsədi daşıyır".

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri postunda olub.


Telegram kanalımız
Chosen
7
12
yenisabah.az

10Sources