EN

"Nəzarətsiz miqrant axını ABŞ-ni üçüncü dünya ölkəsinə çevirir"

"Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ni üçüncü dünya ölkəsinə çevirir". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-də iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik”, - o qeyd edib.

Bundan əvvəl Donald Trampın prezident seçiləcəyi təqdirdə hər il milyonlarla miqrantı deportasiya etməyi planlaşdırdığı bildirilirdi . 

Tramp daha əvvəl bəyan etmişdi ki, Birləşmiş Ştatlar çox da uzaq olmayan gələcəkdə terror hücumları gözləyir. Bu, çoxlu sayda qeyri-qanuni immiqrantların ölkəyə sızması nəticəsində baş verə bilər.

Chosen
63
1
operativmm.az

2Sources