EN

Azərbaycan üzərindən Ermənistana gedən yük qatarı Gürcüstana doğru istiqamət götürüb

Bakı. Trend:

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistanadaşınmasına başlanılıb.

Trend xəbərverir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-dəAzərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutuilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardıncaErmənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranzitiilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstandaverdiyi bəyanatda qeyd etmişdi.

Chosen
30
14
az.trend.az

10Sources