Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda son beş ildə rəqəmsal bacarıqlar və rəqəmsal xidmətlərə çıxış əhəmiyyətli dərəcədə yaxşılaşıb.“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda panel müzakirəsi zamanı Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə meneceri Steffi Stallmeister deyib.
“Lakin hələ də rəqəmsal gender fərqi mövcuddur”, - deyə S.Stallmeister vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda internetdən istifadə edən qadınlarla kişilər arasında 7 faiz bəndi fərq var:“Rəqəmsal savadlılıq səviyyəsində isə bu fərq 5 faiz bəndidir. Bu isə yalnız Azərbaycanın yox, dünyadakı bir çox ölkənin qarşılaşdığı məsələdir və həll olunması vacibdir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.