EN

Xəzər dənizinin bir hissəsi NİYƏ QIRMIZI RƏNGƏ BOYANIB? - RƏSMİ AÇIQLAMA

Xəzər dənizinin bir hissəsində suyun rəngi qırmızı olub.

Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edilib ki, Xəzərin Türkan qəsəbəsi hissəsindəki sahili qırmızı rəngə boyanıb.

Sözügedən video ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə müraciət etdik.

SİMDNX-nın mətbuat katibi Xanlar Mehdiyev Far.Az-ə açıqlamasında bildirib ki, ərazidəki sudan nümunələr götürülüb. Analizin cavabı yaxın zamanda ictimaiyyətə açıqlanacaq:

"Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları ərazidən su nümunələri götürərək mərkəzi laboratoriyaya təqdim ediblər. Mərkəzi laboratoriyada analizlərin cavabı açıqlandıqdan sonra biz bu fakt üzrə ətraflı məlumat verəcəyik. Qeyd edək ki yaxın bir həftə ərzində analizlərin cavabı açıqlanacaq".

Chosen
42
4
far.az

5Sources