EN

Azərbaycan və Aİ arasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanböhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumatyayıb.

Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığınınhazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistannormallaşma prosesi, habelə regional və beynəlxalq məsələlərmüzakirə olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerjitəhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələlərinəzərdən keçirilib. Azərbaycanla Avropa İttifaqı arasındaəməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyətidiqqətə çatdırılıb.

İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylardakeçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərindavam etdirilməsinin vacibliyi vurğulanıb.

Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldəedilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropaİttifaqının hazırlığını ifadə edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistannormallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər vəperspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizinmövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
28
23
az.trend.az

10Sources