EN

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Ajans.az xəbər verir ki, naməlum şəxs ayr-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb. 
 
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
5
6
Ajans.az

10Sources