EN

Britaniya səfiri “Qarabağ”ı dəstəkləyəcək - Video

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.

"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm", - o yazıb.

Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.


Chosen
24
12
sherg.az

6Sources