EN

Belarus bu il 3600-dən çox əcnəbini deportasiya edib

Belarus bu ilin əvvəlindən qanun pozuntusuna görə 3600-dən çox əcnəbini deportasiya edib.

AZƏRTAC Belarusun “Belta” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, son beş ildə Belarusa gələn əcnəbilərin sayı üç dəfə artıb. Ölkəyə 2021-ci ilin doqquz ayında 514 min nəfər gəlibsə, 2025-ci ilin eyni dövründə bu rəqəm 1,7 milyona çatıb. Əməkçi miqrantların sayı da ötən ilin eyni dövrü ilə müqayisədə bu il təxminən 50 faiz artıb.

Chosen
24
2
yeniazerbaycan.com

3Sources