Bakı. Trend:
ABŞ və Mərkəzi Asiya ölkələri arasında mövcud olan “C5+1”formatına Azərbaycanın da daxil edilməsi məqsədəuyğun olardı.
Trend-in xəbərverir ki, bu barədə Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri,səfir Riçard Hoqland Vaşinqtonda keçirilən “Tərəfdaşlığın onilliyi:C5+1 formatını gələcəkdə nə gözləyir?” adlı tədbir zamanıbildirib.
O, Azərbaycanın görüşlərdəki fəallığına diqqət çəkib:
“Bir təklif irəli sürmək istərdim və ümid edirəm ki, C5 ölkələribu həftə Vaşinqtonda, xüsusilə sabahkı sammit zamanı bunu müzakirəedəcəklər. Söhbət C5 formatını beynəlxalq təşkilat kimiinstitusionallaşdırmaqdan gedir. Yaxud bəlkə də daha doğru desək,C6, çünki Azərbaycan artıq C5 ölkələrinin bütün görüşlərində dahafəal iştirak edir.”
Diplomat bu təşəbbüsü Cənub-Şərqi Asiyada yaradılmış ASEANtəşkilatı və Baltik Şurası ilə müqayisə edib:
“Beynəlxalq təşkilat mövcud olduqca, onun dünya arenasındakıtəsir imkanları daha böyük olur,” – deyə o qeyd edib.
Hoqland həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri mürəkkəbgeosiyasi vəziyyətdə yerləşir:
“Onlar qonşuları – Rusiya, Çin, İran və Əfqanıstanla, eləcə dədaha uzaq tərəfdaşlar – Avropa İttifaqı və ABŞ ilə münasibətlərisəmərəli şəkildə qurmalıdırlar. C5 ölkələri bu işin öhdəsindənözünəməxsus şəkildə, uğurla gəlirlər,” – deyə diplomat əlavəedib.