EN

“Aston Villa” kapitanı ilə yeni müqavilə imzaladı

İngiltərənin “Aston Villa” klubu komandanın kapitanı Con Makqinnlə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni sazişə əsasən, 31 yaşlı yarımmüdafiəçi Birmingem təmsilçisinin heyətində 2028-ci ilin yayına qədər çıxış edəcək.

Makqinn “Aston Villa”da 2018-ci ildən (7 ildir) forma geyinir. O, cari mövsümdə bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 1 assist edib.

Premyer Liqada “Aston Villa” 10 turun ardından 15 xalla 11-ci yerdə qərarlaşıb.

Chosen
56
90deqiqe.az

1Sources