EN

Rusiya taxılı ilə yüklənmiş qatar KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb.

KONKRET.az bildirir ki, “Report”un Qərb bürosu xəbər verir ki, Ağstafada Böyük Kəsik Dəmiryol Stansiyasından yola salınan qatar öncə Gürcüstana, oradan da Ermənistana gedəcək.

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
9
konkret.az

10Sources