EN

Çelsi” futbol klubunun satışından əldə edilən gəlirin neçə faizi Ukraynaya veriləcək?

Ukrayna əvvəllər iş adamı Roman Abramoviçə məxsus olan “Çelsi” futbol klubunun satışından əldə edilən gəlirin hətta yarısını belə almayacaq.

2022-ci ildə sövdələşmədən əldə edilən 2,35 milyard funt sterlinq hazırda “Çelsi”nin ana şirkətinin bank hesabında dondurulub ki, bunun 1,54 milyard funt sterlinqi onun kredit öhdəliklərindədir.

Editor.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, qalan məbləğ Ukraynaya kömək etmək üçün xeyriyyə fonduna köçürülməzdən əvvəl bu borclar ödənilməlidir. Nəşr hesablayıb ki, Ukraynaya ödənişlər cəmi 923 milyon funt sterlinq təşkil edə bilər. “The Times”ın mənbələrinə görə, kredit öhdəlikləri Cersi ştatında qeydiyyatdan keçmiş və Abramoviçin özünə məxsus olan “Camberley International Investments Limited” şirkətinin maraqları naminə ödəniləcək. Bu vəsait şirkət tərəfindən “Çelsi”ni maliyyələşdirmək üçün istifadə edilib, Abramoviç isə kluba sahib olub.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildən 2022-ci ilə qədər Britaniyanın “Çelsi” futbol klubuna sahib olub. 2022-ci ilin mart ayında Böyük Britaniya hakimiyyəti Ukrayna münaqişəsi ilə əlaqədar iş adamına qarşı sanksiyalar tətbiq edib və onun aktivləri dondurulub. Abramoviç “Çelsi”ni satmağa məcbur olub. Yeni sahib amerikalı iş adamı Todd Boehlinin rəhbərlik etdiyi konsorsiumdur.

//Samir Qurbanov, Editor.az

Chosen
20
editor.az

1Sources