EN

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. » AzadMedia.az


8 Noyabr – Zəfər Günü münasibətilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Zəfər Günü – Şanlı tariximizin qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl institutun rəhbərliyi və əməkdaşları, eləcə də Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru, institutun əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Daha sonra institutda keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbə əks olunub.

Tədbiri institutun direktoru, professor İbrahim Cəfərov açaraq qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur və iftixar mənbəyidir, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış tarixi Qələbədir.

Professor vurğulayıb ki, bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igidliyi və xalqın sarsılmaz iradəsi nəticəsində mümkün olub.
O bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, vətən sevgisini və dövlətinə sədaqətini bir daha nümayiş etdirdi, şəhidlərimizin qanı bahasına qazanılan bu Qələbə Azərbaycan tarixində qızıl hərflərlə yazıldı.

İbrahim müəllim çıxışının sonunda vurğulayıb ki, Zəfər Günü milli həmrəyliyin, qürurun və ədalətin təntənəsi kimi daim xalqımızın yaddaşında yaşayacaq.

Daha sonra çıxış edən Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Kamil Fətəliyev Azərbaycan xalqının tarixi Zəfərinin müstəqil dövlətimizin qüdrətinin, xalq–ordu birliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq təcəssümü olduğunu vurğulayıb. O qeyd edib ki, bu Qələbə Azərbaycan xalqının birliyinin, milli iradəsinin və ədalət uğrunda mübarizə əzminin təntənəsidir.

Tədbirdə çıxış edən institutun şöbə müdiri, aqrar elmlər doktoru Ələddin Tağıyev “Qarabağ – Zəfərin simvolu, birliyin rəmzi” mövzusunda çıxış edərək qeyd edib ki, Qarabağın azad olunması xalqımızın milli həmrəyliyinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin nəticəsidir.
Daha sonra institutun şöbə müdiri Mahal Kazımov, əməkdaşlar Nigar Qədimova, Namiq Əliyarov və Xəyalə Abbasova çıxış edərək xalqımızın qəhrəmanlıq ruhundan, şəhid və qazilərimizin göstərdiyi igidlikdən, eləcə də bu Qələbənin gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülməsinin əhəmiyyətindən danışıblar.

Tədbir iştirakçıları Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini dərin hörmət və qürur hissi ilə yad edərək, ölkəmizin daim qalib, sülhsevər və qüdrətli olması arzularını ifadə ediblər

Chosen
36
1
azadmedia.az

2Sources