EN

“Real” ulduz futbolçusunu satmaqda qərarlıdır - Bild

“Real” rəhbərliyi braziliyalı hücumçu Jr. Vinisiusu 2026-cı ilin yayında satmaq qərarına gəlib. 

Ölkə.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, qərar La Liqanın 10-cu turunda “Barselona” ilə keçirilən (2:1) oyundakı insidentdən sonra verilib. Klubun prezidenti Florentino Peres futbolçunun qalmaqallı davranışından bezib.

26 oktyabrda baş tutan “Real” – “Barselona” görüşündə Vinisius 72-ci dəqiqədə əvəzlənib və açıq şəkildə baş məşqçi Xabi Alonsonun qərarına narazılığını bildirib. İspan mütəxəssis oyundan sonra futbolçu ilə bu barədə danışacağını açıqlayıb.

29 oktyabrda Vinisius “El-Klasiko”dakı emosional davranışına görə üzr istəyib.

Xatırladaq ki, bundan öncə“Real Madrid” klubunun Vinisius Juniorun gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşdığı barədə xəbərlərin yayıldığı fonda futbolçu şayiələrə son qoyub.

Əvvəlcə onun menecerinə müraciət edərək, baş məşqçi Xabi Alonso ilə bağlı şərt qoyduğu deyilirdi. Məlumata görə, klubun çalışdırıcısı braziliyalını komandanın əsas oyunçusu kimi görməsə, o, başqa kluba keçməyi planlaşdırıb. 

Qeyd edilirdi ki, vəziyyət dəyişməzsə, Vinisius “Real”la müqaviləsini uzatmaq niyyətində deyil.

Lakin sonradan futbolçu sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirərək etdiyi davranışa görə üzr istəyib.

"Barselona" ilə oyunda əvəzləndiyim zaman göstərdiyim reaksiyaya görə bütün "Real Madrid" azarkeşlərindən, komanda yoldaşlarımdan, klub rəhbərliyindən bir daha üzr istəyirəm. Bəzən emosiyalar öz sözünü deyir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Xarakterim bu kluba olan sevgimdən qaynaqlanır və hər zaman "Real Madrid" uğrunda mübarizəni davam etdirəcəyimə söz verirəm", - deyə Vinisius bildirib.

Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənən Vinisius narazılığını Alonsoya qarşı sərgiləyib və birbaşa ehtiyat zonaya yollanıb. Qısa müddət sonra isə futbolçu ehtiyat oyunçular skamyasına qayıdaraq matçın son dəqiqələrini komanda yoldaşları ilə birlikdə izləyib.

Chosen
23
50
olke.az

10Sources