EN

Mediada yanlış xəbər: “Adamı ölməyə də qoymursunuz”

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yevlaxda yerləşən oteldə vəkilin dərman içərək intihar etməsi barədə məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra, bəzi media orqanları ölən şəxsin kimliyini səhv təqdim ediblər. Xəbərlərdə vəfat edən Zakir oğlu Kərimli əvəzinə gənc şair Elkin Kərimlinin adı qeyd olunub.

Tribunainfo.az xəbər verir ki, hadisədən sonra yanlış xəbəri görən Elkin Kərimli bu duruma ironik reaksiya verib:

“Adamı ölməyə də qoymursunuz!

Təzəcə ölmüşdüm ki, yoldaşım zəng elədi ki, oteldə ölmüsən kimi xəbərlər paylaşıblar. Əvvəlcə tutuldum, sonra soruşdum ki, bəs hansı oteldi?

Dedi Yevlaxda… Ürəyim yerinə gəldi, dedim, yox e, Bakıdan kənara çıxmıram”.

Şair vəfat edən vəkilə Allahdan rəhmət, ailəsinə səbir arzulayıb.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan xəbərlərdə şəxsin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılmadan paylaşım edilməsi bir daha informasiya təhlükəsizliyi və mediada məsuliyyət məsələsini gündəmə gətirib.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
tribunainfo.az

2Sources