Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına xəstəxanada qeydə alınıb. Şəhərin Məhsəti qəsəbə sakini 2006-cı il təvəllüdlü Ə.Abbasov huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov