EN

“Qarabağ” – “Çelsi” oyunu üçün start heyətlər açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Çelsi” (İngiltərə) komandaları arasında keçiriləcək IV tur oyunu üçün start heyətlər açıqlanıb.

Doğru.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Marko Yankoviç.

Baş məşqçi: Qurban Qurbanov.

“Çelsi”: Robert Sançes, Tosin Adarabioyo, Mark Kukurelya, Yorrel Hato, Ris Ceyms, Romeo Laviya, Andrey Santos, Ceymi Qittens, Estevao, Joao Pedro, Tayrik Corc.

Baş məşqçi: Enzo Mareska.

DOĞRU.AZ

Chosen
6
7
dogru.az

10Sources