EN

ABŞ tarixində ilk dəfə Nyu-York meri müsəlman oldu

Uqanda əsilli Demokrat namizəd, otuz dörd yaşlı Zöhran Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gəlib.

O, seçicilərə salamlama nitqi söyləyərək, 1 yanvarda vəzifəsinin icrasına başlayacağını elan edib. İlkin nəticələrə görə, Demokrat namizəd səslərin təxminən 50,4%-ni toplayıb.
Mamdani çıxışı zamanı deyib: “Böyümək üçün əlimdən gələni etsəm də, gəncəm. Mən müsəlmanam.

Mən demokratik sosialistəm. Ən pisi isə odur ki, bütün bunlara görə üzr istəməkdən imtina edirəm”. O, keçmiş qubernator Endryu Kuomoyu (41,6%) və respublikaçı Körtis Slivanı (7,1%) üstələyib. CBS News-un məlumatına görə, Zöhran Mamdani artıq Nyu-York qubernatoru Keti Hoçul və Senat azlıq lideri Çak Şumerdən qələbəsi münasibətilə təbriklər alıb.

//Samir Qurbanov, Editor.az

Chosen
72
editor.az

1Sources