EN

“Tottenhem”in futbolçusuna silahlı hücum edilib

“Tottenhem” klubunun müdafiəçisi Destini Udodjy silahlı hücuma məruz qalıb.

90deqiqe.Az-ın məlumatına görə, hadisə oktyabr ayında gecə saatlarında baş verib. İnsident zamanı 22 yaşlı futbolçuya tapança ilə hədə-qorxu gələn şəxslər olub.

Hadisənin təfərrüatları açıqlanmasa da, polis araşdırmaya başlayıb və artıq 31 yaşlı futbol agenti saxlanılıb.

“Tottenhem” rəhbərliyi insidentlə bağlı Udodjyə tam dəstək verdiyini bəyan edib.

Qeyd edək ki, italiyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 10 oyunda iştirak edib, lakin nəticəli göstərici ilə yadda qalmayıb.Komanda noyabrın 8-də Premyer Liqanın 11-ci turunda “Mançester Yunayted”lə ev oyununa çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə 16:30-da başlayacaq.

Chosen
18
90deqiqe.az

1Sources